Elanlar

Geri

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu vakansiya elan edir

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu “Maliyyə və uçot şöbəsinin aparıcı mütəxəssisi" vəzifəsi üzrə vakansiya elan edir.

 

Namizədə dair tələblər

 

  • Ümumi iqtisadiyyat üzrə bakalavr təhsili
  • Əlaqəli işdə minimum 1 illik təcrübə (bank/maliyyə institutlarında təcrübə arzuolunandır)
  • 1C proqramında işləmək bacarığı
  • Mühasibat uçotu və vergilər üzrə yerli qanunvericilik üzrə biliklər
  • Maliyyə hesabatlarının təhlili üzrə biliklər (ACCA F3 sertifikatı arzuolunandır)
  • “Banklar haqqında“ Azərbaycan Respublikasının Qanunu üzrə biliklər
  • MS Office proqram təminatları üzrə biliklər
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir (ingilis dilini bilənlərə üstünlük veriləcək)
  • Analitik düşünmə qabiliyyəti
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti

 

İşin təsviri

 

  • Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi;
  • Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu;
  • Təhtəlhesab şəxslər üzrə əməliyyatların uçotu;
  • Debitor və kreditorlarla hesablaşmaların uçotu;
  • Bank əməliyyatlarının həyata keçirilməsi;
  • Bank və kassa əməliyyatlarının uçotu;
  • Əmək haqqının və digər ödənişlərin hesablanması;
  • Gəlirlərin və xərclərin uçotu;
  • Vəzifə təlimatına uyğun digər işlərin görülməsi.

 

 

 Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Maliyyə və uçot şöbəsinin aparıcı mütəxəssisi” qeyd etməklə i.miriyeva@edf.gov.az e-poçt ünvanına göndərə bilərlər.

Paylaş: