Geri

Tətbiq sahələri

Mexanizm fəaliyyət növü 2020-ci il 10 mart tarixinə pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə daxil olan sahibkarlıq subyektlərinə, zəruri ərzaq və ərzaqlıq buğda təchizatçılarına, eləcə də minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara şamil edilir.

Bu mexanizm çərçivəsində minimum istehlak səbəti üzrə aşağıdakı emal məhsullarının istehsalı ilə məşğul olan sahibkarların həmin fəaliyyət növləri üzrə xammal tədarükü ilə bağlı aldıqları kreditlər subsidiyalaşdırılır:

  • Şəkər tozu;
  • Günəbaxan yağı;
  • Marqarin;
  • Kərə yağı;
  • Un;
  • Makaron məmulatları.