Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi”nin
4.9.13-cü “Fondun vəsaitinin səmərəli yerləşdirilməsi məqsədilə iqtisadiyyatın
sahələri və iqtisadi rayonlar üzrə prioritet istiqamətləri müəyyənləşdirmək”
bəndindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar iqtisadiyyatın sahələri
üzrə aşağıdakı prioritet istiqamətlər müəyyən olunmuşdur:
İqtisadiyyatın sahələri üzrə prioritet istiqamətlər:
-
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında,
dövlət proqramlarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında
nəzərdə tutulan istehsal, emal və xidmət sahələrinin dəstəklənməsi;
- qeyri-neft sənaye sahələrinin inkişafı üzrə istehsal
və emal (o
cümlədən aqrar emal) yönümlü layihələrin dəstəklənməsi;
-
kənd təsərrüfatı
sahəsinin inkişafı üzrə istehsal yönümlü layihələrin dəstəklənməsi;
-
logistik
xidmət layihələrinin dəstəklənməsi;
-
anbar
komplekslərinin yaradılması yönümlü layihələrin dəstəklənməsi;
-
rəqəmsal
inkişaf və innovasiya yönümlü layihələrin dəstəklənməsi;
-
turizmin
inkişafı üzrə layihələrindəstəklənməsi;
-
balıqçılıq
və akvakultura yönümlü layihələrin dəstəklənməsi;