Xəbərlər

Geri

SİF-in müvəkkil kredit təşkilatları ilə görüş keçirilib

30.10.2023 02:36:36


SİF-in müvəkkil kredit təşkilatları vasitəsilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 20 sahibkara ümumilikdə 1,4 milyon manata yaxın güzəştli kredit verilib.

Sahibkarlığın İnkişafı Fondu və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Fondun 5 müvəkkil kredit təşkilatı ilə görüş keçirib. “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “AccessBank” və “Aqrarkredit”in rəhbərlərinin iştirak etdiyi görüşlərdə muxtar respublikanın biznes mühiti və burada fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına əlçatanlığı müzakirə edilib. Bildirilib ki, SİF-in müvəkkil kredit təşkilatları vasitəsilə Naxçıvan MR-da fəaliyyət göstərən 20 sahibkara ümumilikdə 1,4 milyon manata yaxın güzəştli kredit verilib.

Qeyd edək ki, görüşlərin keçirilməsində əsas məqsəd Naxçıvanda bizneslərin maliyyə resurslarına əlçatanlığının artırılması istiqamətində dövlət və özəl sektor əməkdaşlığını gücləndirməkdir. 

Paylaş: