Xəbərlər

Geri

Sahibkarlığın İnkişafı Fondu beynəlxalq əlaqələrini genişləndirir

21.11.2022 02:01:00

Sahibkarlığın İnkişafı Fondu və Gürcüstanın “Enterprise Georgia” dövlət qurumu arasında onlayn görüş keçirilib.

Hər iki qurumun nümayəndələrinin iştirak etdiyi görüşdə sahibkarlara təklif olunan müvafiq dəstək mexanizmləri təqdim olunub və fəaliyyət istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi üçün danışıqlar aparılıb. Sahibkarlığa dövlət dəstəyinin göstərilməsində mexanizmlərin səmərəliliyinin artırılmasının önəmi nəzərə alınaraq, qurumlar arasında təcrübə mübadiləsinin aparılması müzakirə edilib.

Görüşdə Azərbaycanda və Gürcüstanda sahibkarlığın dəstəklənməsi istiqamətində mövcud vəziyyət və görülən işlərə toxunulub. Həmçinin qurumlar arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib.

 

Paylaş: