• Struktur

Struktur

Geri

Emin Sahib oğlu Şirinov

1978-ci ildə Bakı şəhərində anadan olub. 

2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini “Mühasibat uçotu və audit” ixtisası üzrə bitirib.

2020-2022-ci illərdə Azərbaycan Kooperasiya Universitetində “Bank işi” ixtisası üzrə təhsil alaraq magistratura pilləsini bitirib.

1997-ci ildən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində “NORD” EİB-də (“Dalğa” EİM) mühasib vəzifəsində əmək fəaliyyətinə başlayıb.

2003-2018-ci illərdə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunda aparıcı mütəxəssis, baş mütəxəssis, şöbə müdiri vəzifələrini icra edib.

2018-2019-cu illərdə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda şöbə rəisi vəzifəsində fəaliyyət göstərib.

2019-cu ilin avqust ayından Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunda fəaliyyətini davam etdirərək baş mütəxəssis, şöbə müdiri vəzifələrində çalışıb.

2024-cü il fevralın 1-dən Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edir.

Dövlət qulluğunda “1-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi var.

Evlidir, 2 övladı var.