• Struktur

Struktur

Geri

Arif Cavanşir oğlu Vəliməmmədov

1969-cu ildə Bakı şəhərində anadan olub.

1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu Maliyyə ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 1986-cı ildə Bakı şəhəri 13 saylı Mİİ –də başlayıb.

1986-1987-ci illərdə Bakı şəhər Nəsimi rayon Əmanət kassasında nəzarətçi vəzifəsində işləyib.

1989-1991-ci illərdə Bakı şəhəri Oktyabr rayon Sığorta İnspeksiyasında inspektor vəzifəsində işləyib.

1991-2002-ci illərdə Vergilər İdarəsində dövlət vergi müfəttişi vəzifəsində işləyib.

2008-2018-cı illərdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunda sektor müdiri, şöbə müdiri, icraçı direktorun müavini vəzifələrində işləyib.

2018-ci ilin sentyabr ayının 17-dən İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavinidir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə medalı” ilə təltif olunmuşdur. Dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi vardır.

Evlidir, 3 övladı var.