192 Arxiv
Elanlar

Geri

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı” çərçivəsində sahibkarların və menecerlərin 2012-ci ildə Almaniyada “İqtisadi kooperasiya” üzrə 1 ay müddətində ixtisasartırma kursunda iştirakı məqsədilə MÜSABİQƏ ELAN EDİR

Proqramın məqsədi Azərbaycandan olan şirkət nümayəndələrinin Almaniyada ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrinin qurulmasına, peşəkar və mədəni dünyagörüşün genişlənməsinə şərait yaratmaqdır.

Namizədlərə aşağıdakı tələblər irəli sürülür:

· Ali təhsil (bakalavr və ya magistr dərəcəsi);

· Menecment sahəsində azı 1 (bir) il iş təcrübəsi;

· Yaşı 45-dən çox olmamalı;

· İngilis dilini bilməli .

Qeyd: Tədris ingilis dilində aparılacaqdır.

Almaniyada keçiriləcək  ixtisasartırma kursu aşağıdakı mərhələlərdən ibarətdir:
1. Treninqlər (praktiki idarəetmə vərdişlərinin qazanılması);
2. Şirkətlərdə praktiki təcrübə (qrup və ya fərdi halda təcrübə keçmək, işgüzar əlaqələr yaratmaq).

İxtisasartırma kursunun keçirilməsi vaxtı: noyabr-dekabr 2012-ci il

İxtisasartırma kursları zamanı Almaniyada qalmaq xərclərini və təhsil haqqının ödənilməsini alman tərəfi öz öhdəsinə götürür. Yol xərci iştirakçıların təmsil etdiyi təşkilat və ya namizədlər tərəfindən ödənilir.

2012-ci ilin sentyabr ayının sonunda Almaniyanın GİZ təşkilatının mütəxəssislərinin iştirakı ilə namizədlərin seçilməsi üzrə müsabiqə keçiriləcəkdir.

 

Namizədlər aşağıdakı formaları (iki nüsxədən ibarət) tələb olunan qaydada doldurmalı və qeyd olunan ünvana şəxsən təqdim etməlidirlər:

Namizəd haqqında məlumat (Candidate Profile)

Zəmanət məktubu (Letter of Refrence)

Vəzifəsi göstərilməklə iş yerindən təşkilat rəhbəri tərəfindən təsdiq olunmuş arayış.

 

Formaları Bakı Biznes Tədris Mərkəzinin saytından əldə etmək mümkündür: www.bbtc.az

 

Sənədlər 2012-ci il sentyabr ayının 25-dək aşağıdakı ünvanda qəbul ediləcəkdir:

Bakı şəh., A.M.Şərifzadə küçəsi, 172,  4-cü mərtəbə, İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi, Tədrisin təşkili və metodikası şöbəsi.
Əlaqələndirici şəxs:
 Məlahət Kazımova

Tel: (012) 431-39-07, 430-93-22, e-mail info@bbtc.az

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi