613 Arxiv
Elanlar

Geri

Sahibkarlığın İnkişafı Fondu vakansiya elan edir

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu “Hüquq və problemli aktivlərlə iş şöbəsinin mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir:

Əsas öhdəliklər

·         Fonda daxil olan və icrası şöbəyə tapşırılmış müraciətlərin və digər sənədlərin qanunvericiliklə müəyyən olunmuş qaydada baxılması və müvafiq tədbirlərin görülməsində iştirak etmək;

·         Fondun struktur bölmələrinə Fondun fəaliyyəti prosesində, habelə fəaliyyət istiqamətləri və səlahiyyətləri üzrə hüquqi yardım göstərmək, arayışlar, rəylər və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlər vermək;

·         Fondun iştirak etdiyi məhkəmə işlərində Fondu iddiaçı və cavabdeh qismində  təmsil etmək, hüquq və qanuni mənafelərini müdafiə etmək, bununla əlaqədar prosessual sənədləri (iddia ərizələri, iddia ərizələrinə dair etirazlar, apellyasiya, kassasiya və s.) hazırlamaq;

·         Zərurət olduqda Fondda qanunvericilik bazasının formalaşdırılması, mütəmadi olaraq təkmilləşdirilməsi və yenilənməsi məqsədilə normativ hüquqi xarakterli aktların və digər hüquqi sənədlərin layihəsinin işlənib hazırlanmasında iştirak etmək;

·         Müvafiq qanunvericilik aktlarının və təşkilati-sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin etmək;

·         Bilavasitə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalamaq, habelə iş planında nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək.

 

 Namizədə dair tələblər

·         Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;

·         Elektron sənəd dövriyyəsi sistemləri ilə iş təcrübəsi;

·         Mükəmməl səviyyədə Azərbaycan dili biliyi (İngilis dilini bilənlərə üstünlük veriləcək);

·         MS Office proqramlarından istifadə bacarığı;

·         İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;

·         Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

·         İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

 

Tələb olunan göstəricilərə malik olan namizədlər öz CV-lərini mövzu hissəsində vəzifə adını qeyd etməklə 11 aprel 2024-cü il tarixinədək hr@edf.gov.az e-mail ünvanına göndərə bilərlər.