Missiya və vizyon
Geri
Missiya
Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun əsas məqsədi Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etmək, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsində ən yaxşı beynəlxalq təcrübələrin təşviqi yolu ilə dövlət və sahibkarlar arasında əməkdaşlığın inkişafı və qarşılıqlı inam mühitinin yaradılmasına nail olmaqdır.
Vizyon
Vizyonumuz sahibkarlığın güzəştli şərtlərlə maliyyələşdirilməsi üzrə əsas operatora çevrilməkdir.
Dəyərlər
Sahibkar yönümlülük – fəaliyyətin sahibkarların ehtiyaclarının qarşılanması və məmnunluğunun təmin edilməsinə uyğun təşkil etmək.
Dürüstlük – davranış və qərar qəbuletmədə məsuliyyətli olmaq, etik-davranış normalarına ciddi riayət etmək.
Qərəzsizlik – vəzifə öhdəliklərinin icrası zamanı qərəzsiz olmaq və fəaliyyətimizdə etnik mənsubiyyət, din, dil, cins, sosial mənşə, əmlak və qulluq vəziyyəti, əqidə və digər xüsusiyyətlər üzrə bərabərliyi qoruyub saxlamaq.
Peşəkarlıq – fəaliyyətimiz çərçivəsində tələb olunan bilik, vərdiş və təcrübəni tətbiq etməklə peşəkarlığı daim yüksək səviyyədə saxlamaq.
Şəffaflıq – fəaliyyətimizə inamın artırılması, qarşılıqlı etimadın yüksəldilməsi üçün şəffaflıq nümayiş etdirmək.