Tələb olunan sənədlər

Geri

Tələb olunan sənədlər

 

1. Sahibkarlıq subyektinə aid məlumatların Fonda ötürülməsinə dair sahibkarın razılığını təsdiq edən sənədin əsli;

2. 200 min manatadək kreditlər üzrə sahibkarlıq subyektinin investisiya layihəsinə dair məlumat, 200 min manatdan böyük kreditlər üzrə biznes plan;

3. “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş kredit hesabatı;

4. VÖEN-in surəti;

5. Şəxsiyyət vəsiqəsinin surəti;

6. Sahibkarın fəaliyyət göstərəcəyi yerə və ya əmlaka dair sənədlərin surətləri.

7. Avadanlığın alınmasına dair ilkin razılaşma sənədinin (əsas texniki-iqtisadi göstəriciləri barədə məlumat əlavə olunmaqla) surəti;

8. Avadanlığın qiymətləndirilməsi haqqında sənədin surəti;

9. Sahibkarlıq subyekti tərəfindən avadanlığın qiymətləndirilmiş satış dəyərinin minimum 20%-i (yerli istehsal məhsulu olan avadanlıqlar üçün 10%) həcmində müvəkkil kredit təşkilatına ilkin ödəniş həcmində bank hesabında vəsaitin olmasını (və ya müqaviləyə uyğun olaraq satıcıya ödənildiyini) təsdiq edən sənədin surəti.

 

Qeyd: Sənədlərin əsli ilə düz olması müvəkkil kredit təşkilatının səlahiyyətli nümayəndəsi tərəfindən imza və möhürlə təsdiq edilir, notarial qaydada təsdiq tələb olunmur.