Tələb olunan sənədlər

Geri

Tələb olunan sənədlər

 

1. Sahibkarlıq subyektinin müraciəti, o cümlədən məlumatların Fonda ötürülməsinə dair razılığı;

2. Kommersiya hüquqi şəxsin dövlət reyestrindən çıxarışının və ya fiziki şəxsin VÖEN-nin, onların qanuni təmsilçinin şəxsiyyət vəsiqəsinin surəti;

3. Sahibkarlıq subyektinin kredit hesabından çıxarış;

4. Kredit müqaviləsi və ödəniş qrafikinin surəti (kredit xətti üzrə ödəniş qrafiki tələb olunmur);

5. Kredit hesabatı;

6. Kreditə dair qısa məlumat (kredit təşkilatı və sahibkarlıq subyekti tərəfindən imza və möhürlə təsdiqlənməklə);

7. Kreditin təyinatı üzrə istifadəsini (köçürmə və mal alışını) təsdiq edən sənədlər.(minimum istehlak səbəti üzrə);

 

Qeyd: Sənədlərin əsli ilə düz olması müvəkkil kredit təşkilatının səlahiyyətli nümayəndəsi tərəfindən imza və möhürlə təsdiq edilir, notarial qaydada təsdiq tələb olunmur.