373 Arxiv
Elanlar

Geri

Sahibkarlığın İnkişafı Fondu vakansiya elan edir

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu Layihələrin təhlili şöbəsinin aparıcı mütəxəssisi / mütəxəssisi” vəzifələri üzrə vakansiya elan edir:

 

Əsas öhdəliklər:

 

·       Fondun kredit məhsulları üzrə daxil olan müraciətlərin (sifarişlərin) təqdim edilməli olan sənədlər toplusuna uyğunluğunu yoxlamaq;

·       Təqdim edilən investisiya layihələrinin (biznes planların) Fondun müəyyən etdiyi minimal tələblərə uyğunluğunu yoxlamaq;

·       Kredit müraciətləri üzrə maliyyə hesabatlarının təhlilini aparmaq, o cümlədən biznesin ilkin monitorinq prosesində iştirak etməklə təqdim edilmiş məlumatların yoxlanılmasını həyata keçirmək;

·       Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri təhlil etmək, hazırlanmış proqnoz hesabatları yoxlamaq, zərurət olduqda əldə edilən məlumatlar əsasında proqnoz hesabatlar tərtib etmək;

·       Fondun müəyyən etdiyi qiymətləndirmə meyarlarına uyğun olaraq layihələri qiymətləndirmək;

·       Görülmüş işlərlə bağlı hesabatlar hazırlamaq;

·       Fonda daxil olan və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxmaq.

 

Namizədə dair tələblər:

 

·       Maliyyə, İqtisadiyyat və ya İdarəetmə sahəsində ali təhsil; 

·       İqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını təhlil etmə bacarıqları;

·       Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətinin qiymətləndirilməsi, maliyyə vəziyyətində dəyişikliklərin izlənməsi, proqnoz hesabatların hazırlanması bacarığı;

·       MS Office (xüsusilə Excel) proqramlarından istifadə bacarığı;

·       Komandada işləmək, kommunikasiya və təqdimetmə bacarığı;

·       Operativ və düzgün qərar vermək bacarığı;

·       Təşəbbüskarlıq, diqqətlilik və məsuliyyətlilik;

·       ACCA F3 sertifikatının olması arzuolunandır.

 

Tələb olunan göstəricilərə malik olan namizədlər öz CV-lərini mövzu hissəsində vəzifə adını qeyd etməklə 1 aprel 2024-cü il tarixinədək hr@edf.gov.az e-mail ünvanına göndərə bilərlər.