205 Arxiv
Elanlar

Geri

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və daxili müsahibə elan edilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edir. Müsabiqədə iştirak etmək üçün vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 14 avqust 2012-ci il tarixdən 13 sentyabr 2012-ci il tarixdə saat 18:00 dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər. Müraciət forması elektron, şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələri aşağıdakılardır:

- Maliyyə və təminat şöbəsi, Kreditlərin uçotu və nəzarəti sektoru - sektor müdiri ;

- Kadr və kargüzarlıq sektoru - sektor müdiri ;

- Maliyyə və təminat şöbəsi, Kreditlərin uçotu və nəzarəti sektoru - böyük məsləhətçi ;

- İnvestisiya layihələrinin ekspertizası və monitorinqi şöbəsi -  aparıcı məsləhətçi .

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan daxili müsahibəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələri aşağıdakılardır:

- Maliyyə və təminat şöbəsi, Kreditlərin uçotu və nəzarəti sektoru – məsləhətçi .