208 Arxiv
Elanlar

Geri

Satınalma prosedurunun keçirilməsinə dair

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron xidmətlərin göstərilməsi və investisiya layihələrinin idarə edilməsi prosesinin avtomatlaşdırılması sistemini yaratmaq məqsədi ilə satınalma proseduru keçirilir. İddiaçılar satınalma prosedurunun predmetinə dair hazırlanmış əsas şərtlər toplusunu Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər.

            Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.

Təkliflər 30 aprel 2012-ci il saat 16:00-a qədər qəbul olunur.

Ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxs Zaur Nəhmətova müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 172

Telefon: (012) 4345011

Fax: (012) 4323717

e-mail: info@anfes.gov.az