193 Arxiv
Elanlar

Geri

Sahibkarların nəzərinə!

Avropa İttifaqının (Aİ) TAIEX yardım aləti çərçivəsində Avropa Komissiyası və Aİ-nin Elektrotexniki Standartlaşdırma üzrə Komitəsinin (CEN-CENELEC) Kiçik və Orta Sahibkarlığa (KOS) Dəstək Mərkəzi fəaliyyət göstərir. Mərkəz Avropa Standartlarının istifadəsinə dair qısa məlumatları təqdim etmək məqsədilə bir pəncərə xidməti olaraq Avropa Standartlaşdırma Sisteminə giriş əldə etmək üçün tələb olunan  işgüzar alətlər çərçivəsidir. Xidmətin əsas məqsədi Avropa ölkələrində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinə (KOS) yardım etmək və Avropa standartlaşdırılması prosesində onların maraqlarının müdafiə edilməsində öz töhfəsini verməkdir.

KOS-a Dəstək Mərkəzi aşağıdakıları xidmətləri təklif edir:

- Standartlaşdırma  prosesinə dair sərbəst (pulsuz) informasiya;

- Standartlaşdırma sahəsində sərbəst (pulsuz) onlayn məsləhəti və elektron poçt ilə operativ cavab;

- KOS İnformasiya bülletenindən aylıq xəbərlərin əldə edilməsi;

- Milli KOS standartlaşdırması ekspertləri ilə birbaşa əlaqə;

- Digər dəstək tədbirləri, tədqiqatlar, təlim, monitorinq və s.

CEN-CENELEC Komitəsinin KOS-a Dəstək Mərkəzi ilə əlaqə yaratmaq üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edilə bilər:

Elektorn ünvan: sme@cencenelec.eu ;

Onlayn müraciət üçün: http://www.cen.eu/cen/Pages/contactsme.aspx;

Telefon:             + 32 2 550 08 13      ;

Bununla yanaşı, yuxarıda qeyd edilən xidmətlərdən yararlanmaq və Avropa Standartlaşdırma Sisteminə giriş əldə etmək üçün Avropa Komissiyasının dəstəyi ilə yaradılmış NORMAPME Təşkilatı (Sənət, Ticarət və Kiçik və Orta ölçülü Müəssisələrin Standartlaşdırması üçün Avropa Ofisi) ilə (www.normapme.eu) əlaqə yaradıla bilər.