196 Arxiv
Elanlar

Geri

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Xocavənd rayonunda prioritet hesab olunan aşağıdakı sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2012-ci il yanvar ayının 24-də Xocavənd rayonunun Xocavənd qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda ilin birinci tədbirini keçirmişdir.
Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Xocavənd rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə kiçik həcmli investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- cins heyvandarlıq təsərrüfatının yaradılması;
- çörək istehsalı müəssisəsinin yaradılması;
- tikiş sexinin yaradılması;
- plitə daşları (tamet) istehsalı sexinin yaradılması.
Sahibkarlar yuxarıda qeyd olunan sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon:             (012) 434-74-29     
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az