202 Arxiv
Elanlar

Geri

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Biləsuvar rayonunun 4 saylı qəsəbəsində prioritet hesab olunan aşağıdakı sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2011-ci il dekabrın    2-də Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Biləsuvarrayonunun 4 saylı qəsəbəsində "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirmişdir.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 4 saylı qəsəbə üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrininsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir: maliyyələşdirilmə

- kiçik quşçuluq təsərrüfatlarının yaradılması;

- kiçik həcmli çörək istehsalı müəssisəsinin yaradılması;

- kiçik həcmli un dəyirmanının tikilməsi;

- kiçik həcmli  toxuculuq, tikişçilik və ya xalçaçılıq müəssisəsinin yaradılması.

Sahibkarlar yuxarıda qeyd olunan sahələr üzrə nümunəvi layihələrini Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, investisiya layihələrinin dəyərininsi  dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər. 100%-dək hissə

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: info@anfes.gov.az