Geri
ELAN EDİR
İnvestisiya layihəsi çərçivəsində görüləcək işlərə dair tövsiyələr:
- ölkəmizin milli, mənəvi və mədəni dəyərlərini özündə əks etdirən suvenir və xatirə əşyalarının (tikiş, toxuma, heykəltəraşlıq və oyma sənəti nümunələri, aksesuarlar və s.) istehsalının, qablaşdırılmasının və satışının təşkil olunması;
- investisiya layihəsi çərçivəsində suvenirlərin istehsalında yüksək dizayn xidmətlərinin təşkili.
İnvestisiya layihəsinin təqdim edilməsi: Sahibkarlıq subyektləri investisiya layihələrini müvəkkil kredit təşkilatlarına təqdim edə bilərlər. Müvəkkil kredit təşkilatlarının siyahısı və ünvanını Sahibkarlığa Kömək Milli Fondunun saytından (www.anfes.gov.az) əldə etmək olar.
İnvestisiya layihəsinə dair qərarın elan olunması: Təqdim edilmiş investisiya təkliflərinə qanunvericiliyə uyğun olaraq, Sahibkarlığa Kömək Milli Fondunda baxılacaqdır. Sahibkarların istəyinə əsasən, investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər.
Əlavə məlumat üçün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 172
Əlaqələndici şəxs: Samir Hümbətov (012) 432-39-69 ; 433-63-66, (055) 227-01-24
Faks: (012) 433-63-68
e-mail: info@anfes.gov.az