167 Arxiv
Elanlar

Geri

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bakı şəhərinin Sabunçu rayonunda aşağıdakı sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

 

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək Tədbirlər Planının müvafiq bəndlərinin icrasının təmin edilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2011-ci il oktyabrın 21-də Sabunçu rayonunun Bilgəh qəsəbəsində “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirmişdir.

Tədbir çərçivəsində Sabunçu rayonunda mövcud iqtisadi potensialın reallaşdırılması və sakinlərinin məşğulluğunun təmin olunması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

-         müasir zeytun və zəfəran təsərrüfatlarının yaradılması;

-         müasir tələblərə cavab verən zəfəran emalı və qablaşdırılması müəssisəsinin yaradılması;

-         intensiv üzümçülük təsərrüfatının yaradılması;

-         müasir istixana kompleksinin yaradılması;

-         müasir çörək istehsalı müəssisəsinin yaradılması;

-         müasir tələblərə cavab verən  quşçuluq təsərrüfatının yaradılması;

-         kiçik həcmli müasir  ət kəsimi müəssisəsinin yaradılması;

-         kiçik və ya orta həcmli  toxuculuq, tikiş və xalçaçılıq müəssisələrinin yaradılması.

“Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq, bu gündən etibarən sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

Təşkilatın adı: Sahibkarlığa Kömək Milli Fondu

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks:    (012) 432-37-17

e-mail: info@anfes.gov.az

 İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu