182 Arxiv
Elanlar

Geri

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində prioritet hesab olunan aşağıdakı sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

 

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2011-ci il oktyabrın    7-də Laçın rayonundan olan  məcburi köçkünlərin sıx məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirmişdir.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Taxta Körpü qəsəbəsi üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

-         müasir tələblərə cavab verən kiçik həcmli çörək istehsalı müəssisəsinin yaradılması;

-         kiçik həcmli meyvə və tərəvəz emalı müəssisəsinin yaradılması;

-         kiçik həcmli  toxuculuq, tikişçilik və xalçaçılıq müəssisələrinin yaradılması.

Bu gündən etibarən “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq, sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

Təşkilatın adı: Sahibkarlığa Kömək Milli Fondu

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: info@anfes.gov.az

 

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu