182 Arxiv
Elanlar

Geri

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlardan gülçülüyün inkişafı üzrə investisiya layihələrinin qəbuluna başlayır

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrdən olan gülçülüyün inkişafı məqsədilə Sahibkarlığa Kömək Milli Fondu sahibkarlardan aşağıdakı istiqamətlər üzrə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbuluna başlayır:

-         məhsuldar gül plantasiyalarının salınması;

-         müasir texnologiyaların tətbiqi ilə gül yağı və güldən hazırlanan digər məhsulların istehsalı müəssisələrinin yaradılması və ya yenidən qurulması.

“Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq, sahibkarlıq subyektləri göstərilən istiqamətlər üzrə investisiya layihələrini müvəkkil kredit təşkilatları vasitəsilə Fonda təqdim edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: info@anfes.gov.az

 

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu