172 Arxiv
Elanlar

Geri

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bakı şəhərinin Xəzər rayonunda aşağıdakı sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək Tədbirlər Planının müvafiq bəndlərinin icrasının təmin edilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2011-ci il sentyabrın 15-də Xəzər rayonunun Pirallahı qəsəbəsində “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirmişdir.

Tədbir çərçivəsində Xəzər rayonunda mövcud iqtisadi potensialın reallaşdırılması və sakinlərinin məşğulluğunun təmin olunması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

-         müasir zeytunçuluq təsərrüfatlarının yaradılması;

-         müasir zeytun emalı fabrikinin yaradılması;

-         intensiv üzümçülük təsərrüfatının yaradılması;

-         müasir istixana komplekslərinin yaradılması;

-         müasir çörək istehsalı müəssisəsinin yaradılması;

-         müasir tələblərə cavab verən  ətlik və ya yumurtalıq istiqamətli quşçuluq təsərrüfatlarının yaradılması;

-         quşçuluq məhsullarının xammalına əsaslanan müasir dərin emal müəssisəsinin yaradılması;

-         kiçik həcmli müasir  ət kəsimi müəssisəsinin yaradılması;

-         özəl aqroservis müəssisəsinin (müəssisənin nəzdində sahibkarlara məsləhət xidmətinin göstərilməsi ilə) yaradılması.

“Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq, bu gündən etibarən sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

Təşkilatın adı: Sahibkarlığa Kömək Milli Fondu

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: info@anfes.gov.az

 

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu