195 Arxiv
Elanlar

Geri

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bakı şəhəri Suraxanı rayonun qəsəbələrində aşağıdakı sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək Tədbirlər Planının müvafiq bəndlərinin icrasının təmin edilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2011-ci il iyunun 17-də Hövsan qəsəbəsində "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri keçirmişdir.

Tədbir çərçivəsində Hövsan və ətraf qəsəbələrdə mövcud iqtisadi potensialın reallaşdırılması və sakinlərinin məşğulluğunun təmin olunması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

- zeytunçuluq təsərrüfatlarının və müasir zeytun emalı fabrikinin yaradılması;

- faraş tərəvəz məhsullarının (eləcə də müxtəlif çiçəklərin) yetişdirilməsi üçün müasir istixana kompleksinin yaradılması;

- müasir çörək istehsalı müəssisəsinin yaradılması;

- müasir tələblərə cavab verən quşçuluq təsərrüfatlarının yaradılması;

- yeni texnologiyaların tətbiqi ilə quş kəsimi fabrikinin yaradılması;

- kiçik həcmli müasir ət kəsimi və emalı müəssisəsinin yaradılması.

"Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, bu gündən etibarən sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

Təşkilatın adı: Sahibkarlığa Kömək Milli Fondu

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: info@anfes.gov.az