182 Arxiv
Elanlar

Geri

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qaradağ rayonunda prioritet hesab olunan aşağıdakı sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək Tədbirlər Planının müvafiq bəndlərinin icrasının təmin edilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2011-ci il mayın 20-də Lökbatan qəsəbəsində “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri keçirmişdir.

Tədbir çərçivəsində Lökbatan və ətraf qəsəbələrin sakinlərinin məşğulluğunun təmin olunması məqsədi ilə müzakirələr aparılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

-         müasir çörək istehsalı müəssisəsinin yaradılması;

-         faraş tərəvəz məhsullarının (müxtəlif çiçəklərin) yetişdirilməsi üçün müasir istixana kompleksinin yaradılması;

-         müasir ətlik və yumurtalıq istiqamətli quşçuluq təsərrüfatlarının yaradılması;

-         yeni texnologiyaların tətbiqi ilə müasir ət kəsimi və emalı müəssisəsinin yaradılması;

-         müasir texnologiyaların tətbiqinə əsaslanan müxtəlif sənaye sahələrinin inkişaf etdirilməsi.

 “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq, bu gündən etibarən sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

Təşkilatın adı: Sahibkarlığa Kömək Milli Fondu

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: info@anfes.gov.az

 

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu