Geri
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2011-ci il mayın 13-də Gəncə şəhərində "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirmişdir. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu
Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədi ilə müzakirələr aparılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Gəncə şəhəri üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- müasir ətlik və yumurtalıq istiqamətli quşçuluq təsərrüfatlarının yaradılması;
- müasir südlük istiqamətli heyvandarlıq kompleksinin yaradılması və süd emalı;
- müasir konserv məhsulları istehsalı müəssisəsinin yaradılması ;
- qənnadı məmulatları istehsalının inkişafı.
"Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, bu gündən etibarən sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün müraciət edə bilərsiniz:
Təşkilatın adı: Sahibkarlığa Kömək Milli Fondu
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az