207 Arxiv
Elanlar

Geri

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Tovuz rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2011-ci il aprelin    15-də Tovuz rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirmişdir.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Tovuz rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

- intensiv üzüm bağlarının salınması və ya tingçilik təsərrüfatlarının yaradılması;

- toxumluq kartof istehsal edən təsərrüfatın yaradılması;

- məhsuldar toxumlardan istifadə etməklə kartof istehsalının təşkili;

- müasir texnologiyaya əsaslanan kiçik və orta həcmli istixana komplekslərinin yaradılması.

 Bu gündən etibarən "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: ' ); //--> // -->Bu e-po%C3%A7t %C3%BCnvan%C4%B1 spambotlar qorunulur. Onu g%C3%B6rm%C9%99k %C3%BC%C3%A7%C3%BCn JavaScript imkanla%C5%9Fd%C4%B1r%C4%B1lmal%C4%B1d%C4%B1r ">info@anfes.gov.az