195 Arxiv
Elanlar

Geri

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ağsu rayonunda prioritet hesab olunan aşağıdakı sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır


İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ağsu rayonunda prioritet hesab olunan aşağıdakı sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2011-ci il aprelin    1-də Ağsu rayonunda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirmişdir.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədi ilə müzakirələr aparılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağsu rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

-         yüksək texnologiyanın tətbiqi ilə intensiv üzüm bağlarının salınması

-         müasir ət kəsimi və emalı (illik 5000 ton) müəssisəsinin yaradılması.

Bu gündən etibarən “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq, sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

Təşkilatın adı: Sahibkarlığa Kömək Milli Fondu

 Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

 Faks: (012) 432-37-17

 e-mail: info@anfes.gov.az

 

 İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu