Geri
Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu “Layihələrin təhlili şöbəsinin mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir:
Əsas öhdəliklər:
· Kredit müraciətləri üzrə təqdim edilən sənədlərin ekspertizasını aparmaq;
· Kredit müraciətləri üzrə maliyyə hesabatlarını oxumaq və təhlilini aparmaq;
· Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri təhlil etmək, hazırlanmış proqnoz hesabatları yoxlamaq, zərurət olduqda əldə edilən məlumatlar əsasında proqnoz hesabatlar tərtib etmək;
· Fondun müəyyən etdiyi qiymətləndirmə meyarlarına uyğun olaraq layihələri qiymətləndirmək;
· Görülmüş işlərlə bağlı hesabatlar hazırlamaq;
· Fonda daxil olan və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxmaq.
Namizədə dair tələblər:
· Maliyyə, İqtisadiyyat və ya İdarəetmə sahəsində ali təhsil;
· İqtisadi və maliyyə biliklərinin olması;
· Komandada işləmək, kommunikasiya və təqdimetmə bacarığı;
· Operativ və düzgün qərar vermək bacarığı;
· Təşəbbüskarlıq, diqqətlilik və məsuliyyətli olmaq;
· MS Office (xüsusilə Excel) proqramlarından istifadə bacarığı;
· ACCA F3 sertifikatının olması arzuolunandır.
Maraqlanan namizədlər öz CV-lərini 18.10.2023-cü il tarixinədək mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hr@edf.gov.az e-mail ünvanına göndərə bilərlər.