Geri
Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu “Koordinasiya və beynəlxalq əlaqələr qrupunun mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.
ƏSAS ÖHDƏLİKLƏR:
· Sahibkarlığın İnkişafı Fondu ilə digər qurumlar arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsində iştirak etmək;
· Ali və mərkəzi icra hakimiyyəti orqanlarından daxil olmuş aidiyyəti tapşırıqların icrasını təşkil etmək və icrasında iştirak etmək;
· Beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması və təhlillərin aparılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq prosesində iştirak etmək və təkliflər vermək;
· Beynəlxalq təşkilatlarla və xarici dövlətlərin analoji qurumları ilə əlaqələrin qurulmasında iştirak etmək;
· Fondun fəaliyyətinin təkmilləşdirilməsinə dair təhlillər aparmaq, təkliflərin hazırlanmasında iştirak etmək və zərurət yarandıqda Fondun fəaliyyətini tənzimləyən qaydalar, prosedurlar və sənədlərin nümunəvi formalarının təkmilləşdirilməsinə dair təkliflər vermək;
· Fonda daxil olan və icrası qrupa tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasında iştirak etmək;
· Fondun fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək;
· Qrupun fəaliyyət istiqamətləri üzrə digər işlərə cəlb edilmək.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
· İqtisadiyyat, Maliyyə və İdarəetmə ixtisasları üzrə ali təhsil;
· İxtisası üzrə iş təcrübəsinin olması arzuolunandır;
· Güclü iqtisadi biliklərə sahib olmaq;
· Analitik təhlil aparmaq və problem həlletmə qabiliyyəti;
· Operativ və düzgün qərar vermək bacarığı;
· Təşəbbüskarlıq,diqqətlilik, məsuliyyət və düzgünlük keyfiyyəti;
· MS Office (xüsusilə Word, Excel, PowerPoint) proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
· Yüksək səviyyədə İngilis və Rus dili biliyi;
· Kollektivlə işləmək bacarığı və ünsiyyət qabiliyyəti.
Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Koordinasiya və beynəlxalq əlaqələr qrupunun mütəxəssisi” qeyd etməklə hr@edf.gov.az e-poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 07.10.2023