123 Arxiv
Elanlar

Geri

Sahibkarlığın İnkişafı Fondu açıq tender elan edir

Sahibkarlığın İnkişafı Fondu “Komanda quruculuğu” tədbirinin təşkili üzrə iş və xidmətlərin satınalınması məqsədi ilə açıq tender elan edir.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının  https://www.etender.gov.az/ vahid internet portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar  müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.

       İştirak haqqı 100 manatdır.

        İştirak haqqı heç bir halda geri qaytarılmır.

        İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-        tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-        tender təklifi dəyərinin 1 faizi  həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox);

-        Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqandan arayış;

-        iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-        iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-        iddiaçının tam hüquqi adı statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-        malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat.

-        Sahibkarlıq subyekti kateqoriyasına dair məlumat.

-        Tenderin Əsas şərtlər toplusunda qanunvericiliklə nəzərdə tutulan və tələblərindən irəli gələn digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə aid sənədləri 19 may 2023-cü il saat 15.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 30 may 2023-cü il saat 15.00-dək portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 31 may 2023-cü il saat 15.00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

İddiaçılar E-şərtlər toplusunu 27.04.2023 tarixində, saat 15:00-dan sonra əldə edə bilərlər.