125 Arxiv
Elanlar

Geri

SİF vakansiya elan edir

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu “Risklərin idarə olunması və iqtisadi təhlil şöbəsinin mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.

 

Namizədə dair tələblər:

 

-        Ümumi iqtisadiyyat və/və ya idarəetmə ixtisasları üzrə bakalavr təhsili;

-        MS Office proqram təminatı üzrə biliklər;

-        İngilis dili (əla), Rus dili (yaxşı);

-        Analitik düşünmə qabiliyyəti;

-        Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.

 

 

Əsas öhdəliklər:

 

-        Şöbənin iş planının, fəaliyyəti ilə bağlı hesabatların dövrlər üzrə hazırlanmasında iştirak etmək;

-        Qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar aparmaq;

-        Yeni məhsulların və mexanizmlərin yaradılması ilə bağlı təkliflər vermək;

-        Fondun risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi üzrə təkliflər vermək;

-        Korporativ Risk İdarəetməsi üzrə hesabatların hazırlanmasında iştirak etmək;

-        Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək;

-        Risk üzrə normativlərin hazırlanmasına dair təkliflər vermək;

-        Fonda daxil olan və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasında iştirak etmək;

-        Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqları icra etmək. 

 

Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində "Risklərin idarə olunması və iqtisadi təhlil şöbəsinin mütəxəssisi" qeyd etməklə info@edf.gov.az və ya i.miriyeva@edf.gov.az elektron poçt ünvanlarına göndərə bilərlər. 

Son müraciət tarixi: 02.05.2023