192
Arxiv
Elanlar
Geri
Sahibkarlığın İnkişafı Fondu “Maliyyə və uçot şöbəsinin böyük mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir
Sahibkarlığın İnkişafı Fondu “Maliyyə və uçot şöbəsinin böyük mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.
İŞİN TƏSVİRİ
- Aylıq, rüblük və illik idarəetmə hesabatlarının hazırlanması və əvvəlki dövrlərin hesabatlarına nəzərən müqayisəli təhlilin aparılması;
- Uçotun BMUS/BMHS tələblərinə uyğun olaraq qurulması və aparılmasına nəzarət;
- İllik BMHS-ə uyğun hesabatların və açıqlamaların hazırlanması;
- İllik büdcə və maliyyə proqnoz modelinin hazırlanması, faktiki və büdcə rəqəmlərinin müqayisəli təhlili və kənaraçıxmalar üzrə hesabatın təqdim edilməsi;
- Maliyyə-mühasibat proqramının təkmilləşdirilməsində iştirak;
- Daxili və xarici auditorlarla sıx işləmək;
- Rüblük əsasda büdcə üzrə cari yeniləmələrin aparılması;
- Nəzarət mexanizmləri və proseslərin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;
- Rəhbərliyin tələbi ilə qərar vermə prosesində faydalı ola biləcək əlavə hesabatların hazırlanması;
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR
- Maliyyə və ya mühasibatlıq üzrə bakalavr təhsili;
- Əlaqəli sahədə minimum 2 illik təcrübə (bank/maliyyə institutlarında təcrübə arzuolunandır);
- ACCA F2, F3, F5, F7 imtahanları üzrə sertifikatı olanlara üstünlük veriləcək;
- 1C proqramında işləmək bacarığı;
- Mühasibat uçotu və vergilər üzrə yerli qanunvericilik üzrə biliklər;
- MS Office proqram təminatları üzrə biliklər;
- Analitik düşünmə qabiliyyəti;
- Mükəmməl Azərbaycan dili biliyi (ingilis dili bilənlərə üstünlük veriləcək);
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Maliyyə və uçot şöbəsinin böyük mütəxəssisi” qeyd etməklə i.miriyeva@edf.gov.az e-poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 01.11.2022