Geri
Kotirovka sorğusu iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və kotirovka sorğusu haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Kotirovka sorğusunda iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı 100 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- kotirovka təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqandan arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam hüquqi adı statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- malgöndərənin (podratçının) ixtisas göstərcilərinə aid məlumat.
- Kotirovka sorğusunun şərtlər toplusunda qanunvericiliklə nəzərdə tutulan və tələblərindən irəli gələn digər sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Kotirovka sorğusu proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün ixtisas göstəricilərinə aid sənədləri və kotirovka sorğusu təklifini 26 oktyabr 2022-ci il saat 12.00-a dək portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 27 oktyabr 2022-ci il saat 12.00-da açılacaqdır.
İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.
İddiaçılar E-şərtlər toplusunu 10.10.2022 tarixində, saat 17:00-dan sonra əldə edə bilərlər.