181
Arxiv
Elanlar
Geri
Sahibkarlığın İnkişafı Fondu “Koordinasiya və beynəlxalq əlaqələr qrupunun mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir
İŞİN TƏSVİRİ:
- Fond ilə digər qurumlar arasında işlərin operativ aparılması məqsədilə səmərəli əlaqələndirməni təmin etmək;
- Fondun fəaliyyətinə aid edilmiş sahələrdə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin analoji qurumları ilə əməkdaşlığı həyata keçirmək;
- Fondun fəaliyyət istiqamətləri üzrə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin analoji qurumları ilə əməkdaşlığa nəzarət etmək və həmin əməkdaşlıq üzrə öhdəliklərin yerinə yetirilməsi üçün lazım olan tədbirlər görmək;
- Fondun fəaliyyət istiqamətlərinə aid tədbirlərin icrasını əlaqələndirmək, icra vəziyyətini təhlil etmək və icra vəziyyətinə dair hesabatlar hazırlamaq;
- Fonda daxil olan və icrası qrupa tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasında iştirak etmək;
- Fondun fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək;
- Fondun fəaliyyət istiqamətləri üzrə digər işlərə cəlb edilmək.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- İqtisadiyyat, maliyyə və idarəetmə ixtisasları üzrə ali təhsil;
- İxtisası üzrə iş təcrübəsinin olması arzuolunandır;
- Güclü iqtisadi biliklərə sahib olmaq;
- Analitik təhlil aparmaq və problemi həlletmə qabiliyyəti;
- Operativ və düzgün qərar vermək bacarığı;
- Təşəbbüskarlıq,diqqətlilik, məsuliyyət və düzgünlük keyfiyyəti;
- MS Office (xüsusilə Word, Excel, PowerPoint) proqramlarından yüksək səviyyədə istifadə bacarığı; İngilis dili biliyinin yüksək səviyyədə, Rus dili biliyinin olması arzuolunandır;
- Kollektivlə işləmək bacarığı və ünsiyyət qabiliyyəti olan şəxslərə üstünlük verilir.
.
Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Koordinasiya və beynəlxalq əlaqələr qrupunun mütəxəssisi” qeyd etməklə i.miriyeva@edf.gov.az e-poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 15.10.2022