189
Arxiv
Elanlar
Geri
Sahibkarlığın İnkişafı Fondu “Kredit və zəmanət şöbəsinin mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir
Əsas öhdəliklər:
- Fondun kredit məhsulları üzrə daxil olan müraciətlərin (sifarişlərin) minimum sənədlər toplusuna uyğunluğunu yoxlamaq;
- Təqdim edilən investisiya layihələrinin (biznes planların) Fondun müəyyən etdiyi minimal tələblərə uyğunluğunu yoxlamaq;
- Kredit müraciətləri üzrə maliyyə hesabatlarını oxumaq və təhlilini aparmaq, o cümlədən biznesə yerində ilkin monitorinq aparmaqla təqdim edilmiş məlumatların çarpaz yoxlanmasını həyata keçirmək;
- Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri təhlil etmək, hazırlanmış proqnoz hesabatları yoxlamaq, zərurət olduqda əldə edilən məlumatlar əsasında proqnoz hesabatlar tərtib etmək;
- Fondun müəyyən etdiyi qiymətləndirmə meyarlarına uyğun olaraq layihələri qiymətləndirmək;
- Görülmüş işlərlə bağlı hesabatlar hazırlamaq;
- Fonda daxil olan və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxmaq.
Namizədə dair tələblər:
- Maliyyə, iqtisadiyyat və bank işi sahəsində ali təhsil;
- İqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
- Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətinin qiymətləndirilməsi, maliyyə vəziyyətində dəyişikliklərin izlənməsi, proqnoz hesabatların hazırlanması bacarığı;
- Komandada işləmək, kommunikasiya və təqdimetmə bacarığı;
- Operativ və düzgün qərar vermək bacarığı;
- Təşəbbüskarlıq, diqqətlilik və məsuliyyətli olmaq;
- ACCA F3 sertifikatının olması arzuolunandır;
- MS Office (xüsusi ilə Excel) proqramlarından istifadə bacarığı;
Tələb olunan göstəricilərə malik olan namizədlər öz CV-lərini mövzu hissəsində vəzifə adını qeyd etməklə i.miriyeva@edf.gov.az e-mail ünvanına göndərə bilərlər.