193 Arxiv
Elanlar

Geri

Təkliflər sorğusunun keçirilməsinə dair

Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu

“İdarəetmənin avtomatlaşması üzrə yeni proqram təminatının hazırlanması və mövcud proqram təminatlarının vahid mərkəzə birləşdirilməsi” layihəsinin həyata keçirilməsində təhlil, layihələndirilmə, layihənin idarə edilməsi, İT və proqramlaşdırma sahəsində konsaltinq xidmətlərinin satınalınması məqsədi ilə təkliflər sorğusu elan edir

Təkliflər sorğusu prosedurunda iştirak etmək üçün bu sahədə ixtisaslaşmış podratçılar dəvət olunur. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

         İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • sorğuda iştirak üçün müraciət
  • tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  • tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır);
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqandan arayış;
  • iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • iddiaçının tam hüquqi adı statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • malgöndərənin (podratçının) ixtisas göstərcilərinə aid məlumat.
  • Tenderin Əsas şərtlər toplusunda qanunvericiliklə nəzərdə tutulan və tələblərindən irəli gələn digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tender ilə bağlı sualları (Əlaqələndirici şəxs: Əyyub Abdullayev, telefon: (012)3102302) Satınalan Təşkilata ünvanlaya bilərlər.Təkliflər sorğusu proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün  sənədləri 06 may 2021-ci il saat 16.00-a kimi Sahibkarlığın İnkişafı Fonduna  təqdim etməlidirlər. İddiaçıların təklifləri 07 may 2021-ci il saat 16.00-da açılacaqdır. (Bakı şəhəri, Şərifzadə 172)

    

İddiaçılar şərtlər toplusunu 30.04.2021 tarixində, saat 11:00-dan sonra (elan tarixi günü) əldə edə bilərlər.

 

TENDER KOMİSSİYASI