Geri
Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu
daxili qaydalarının təkmilləşdirilməsi, əsasnamə və vəzifə təlimatlarının yenilənməsi və fəaliyyətinin qiymətləndirilməsi meyarlarının yaradılması üzrə məsləhət xidmətlərinin satınalınması məqsədi ilə təkliflər sorğusu elan edir
Təkliflər sorğusu prosedurunda iştirak etmək üçün bu sahədə ixtisaslaşmış podratçılar dəvət olunur. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- sorğuda iştirak üçün müraciət
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqandan arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam hüquqi adı statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- malgöndərənin (podratçının) ixtisas göstərcilərinə aid məlumat.
- Tenderin Əsas şərtlər toplusunda qanunvericiliklə nəzərdə tutulan və tələblərindən irəli gələn digər sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tender ilə bağlı sualları (Əlaqələndirici şəxs: Əyyub Abdullayev, telefon: (012)3102302) Satınalan Təşkilata ünvanlaya bilərlər.Təkliflər sorğusu proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün sənədləri 06 may 2021-ci il saat 17.00-a kimi Sahibkarlığın İnkişafı Fonduna təqdim etməlidirlər. İddiaçıların təklifləri 07 may 2021-ci il saat 17.00-da açılacaqdır. (Bakı şəhəri, Şərifzadə 172)
İddiaçılar şərtlər toplusunu 30.04.2021 tarixində, saat 11:00-dan sonra (elan tarixi günü) əldə edə bilərlər.