153 Arxiv
Elanlar

Geri

Kotirovka sorğusunun keçirilməsinə dair

Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə kotirovka sorğusu elan edir.

 İddiaçılar satınalma prosedurunun predmetinə dair hazırlanmış əsas şərtlər toplusunu Sahibkarlığın İnkişafı Fondundan əldə edə bilərlər.

Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.

Təkliflər 2020-ci il 24 dekabr saat 11:00-a qədər qəbul olunur.

Ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxs Taleh Əliyevə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 172

Telefon: (012) 310 23 02

Fax: (012) 4323717

e-mail: info@edf.gov.az