227 Arxiv
Elanlar

Geri

Kotirovka sorğusunun keçirilməsinə dair

Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2020-ci il üzrə Fondun maliyyə hesabatlarının auditor yoxlaması xidmətinin satınalınması məqsədilə audit şirkətinin seçilməsi ilə bağlı kotirovka sorğusu elan edir. Kotirovka sorğusunda müxtəlif meyarlar üzrə reytinq cədvəllərində qabaqcıl yerlərdə olan və analoji maliyyə institutlarında kənar auditinin aparılmasında uzunmüddətli təcrübəyə malik audit şirkətləri iştirak edə bilərlər. İddiaçılar satınalma prosedurunun predmetinə dair hazırlanmış əsas şərtlər toplusunu Sahibkarlığın İnkişafı Fondundan əldə edə bilərlər.

Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.

Təkliflər 2020-ci il 20 noyabr saat 12:00-a qədər qəbul olunur.

Ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxs Əyyub Abdullayevə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 172

Telefon: (012) 310 23 02

Fax: (012) 4323717

e-mail: info@edf.gov.az