Geri
“Dövlət satınalmaları haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq, Sahibkarlığın İnkişafı Fondu əməkdaşlarının tibbi sığortalanması xidmətinin satınalınması üçün sığorta şirkətinin seçilməsi üzrə kotirovka sorğusu elan edir.
İddiaçılar satınalma prosedurunun predmetinə dair hazırlanmış əsas şərtlər toplusunu Sahibkarlığın İnkişafı Fondundan əldə edə bilərlər.
Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.
Təkliflər 2020-ci il 30 oktyabr saat 12:00-a qədər qəbul olunur
Ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxs Əyyub Abdullayevə müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 172
Telefon: (012) 310 23 02
Fax: (012) 4323717
e-mail: info@edf.gov.az