Geri
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2019-cu il üzrə Fondun fəaliyyətinin auditor yoxlaması xidməti üzrə kotirovka sorğusu elan edir. Kotirovka sorğusunda müxtəlif meyarlar üzrə beynəlxalq reytinq cədvəllərində ilk yerlərdə olan və analoji maliyyə institutlarında kənar auditinin aparılmasında uzunmüddətli təcrübəyə malik audit şirkətləri iştirak edə bilərlər. İddiaçılar satınalma prosedurunun predmetinə dair hazırlanmış əsas şərtlər toplusunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondundan əldə edə bilərlər.
Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.
Təkliflər 2019-cu il 31 oktyabr saat 15:00-a qədər qəbul olunur.
Ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxs Əyyub Abdullayevə müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 172
Telefon: (012) 310 23 01
Fax: (012) 4323717
e-mail: info@edf.gov.az