336 Arxiv
Elanlar

Geri

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Suraxanı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Suraxanı rayonunda işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

  • startap layihələrinin maliyyələşdirilməsi;
  • istixana və zeytunçuluq təsərrüfatlarının yaradılması;
  • badam bağının salınması;
  • plastik və karton tara istehsalı müəssisələrinin yaradılması.

 Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə  Sahibkarlığın İnkişafı Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 310-23-01

Faks: (012) 432-37-17

e-mail: info@edf.gov.az