309 Arxiv
Elanlar

Geri

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Şəmkir rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Şəmkir rayonunda işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

  1. intensiv bağçılıq, üzümçülük, kartofçuluq və cins heyvandarlıq təsərrüfatlarının yaradılması;
  2. aqroparkın yaradılması;
  3. logistik mərkəzin, kartof və soğan saxlama anbarının yaradılması;
  4. quru meyvə istehsalı və süd emalı müəssisələrinin yaradılması.

 Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığaın İnkişafı Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 310-23-01

Faks: (012) 432-37-17

e-mail: info@edf.gov.az