464 Arxiv
Elanlar

Geri

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Göygöl rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Göygöl rayonunda işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

  • kənd turizminin inkişafı;
  • cins heyvandarlıq, üzümçülük, kartofçuluq və arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı) yaradılması.

 Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığın İnkişafı Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 310-23-01

Faks: (012) 432-37-17

e-mail: info@edf.gov.az