534
Arxiv
Elanlar
Geri
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Xəzər rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Xəzər rayonunda işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- startap layihələri;
- zeytunçuluq və istixana təsərrüfatları;
- badam bağı;
- ət kəsimi və corab istehsalı müəssisələrinin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığın İnkişafı Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 310 23 01
Faks: (012) 432-37-17
e-mail: info@edf.gov.az