441
Arxiv
Elanlar
Geri
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Masallı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Masallı rayonunda işgüzar forum keçirib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- çayçılıq, sitrus bağı, kiçik cins heyvandarlıq və istixana təsərrüfatları;
- ixtisaslaşmış “yaşıl market” və soyuducu anbar kompleksi;
- çay emalı və təbii məhsullardan sabun istehsalı müəssisələri;
- xalça fabriki.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığın İnkişafı Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@edf.gov.az