529 Arxiv
Elanlar

Geri

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Lənkəran rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Lənkəran rayonunda işgüzar forum keçirib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

-   kənd turizmi layihələrinin maliyyələşdirilməsi,

-   çəltikçilik, çayçılıq, sitrus bağçılıq, istixana və kiçik cins heyvandarlıq təsərrüfatların,

-   ketçup, mayonez və xardal sousu istehsalı müəssisəsinin yaradılması.

        Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığın İnkişafı Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: info@edf.gov.az