209 Arxiv
Elanlar

Geri

04.03.2011

 

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2011-ci il fevralın 25-də Şəki rayonunda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirmişdir.
Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədi ilə müzakirələr aparılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəki rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

-          gündəlik istehsal gücü 10 ton olan müasir çörək zavodunun yaradılması;

-          illik istehsal gücü 6 min ton olan müasir ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması.

 “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq, bu gündən etibarən sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

Təşkilatın adı: Sahibkarlığa Kömək Milli Fondu

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 432-39-69

Faks: (012) 434-74-29

e-mail: info@anfes.gov.az

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu