Geri
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarıın istehsalına və emalına dair Starteji Yol Xəritəsi”nin Tədbirlər Planının “Meyvə, tərəvəz, kartof və bostan məhsullarının saxlanılması üçün kiçik və orta həcmli soyuducu anbarların yaradılmasının dəstəklənməsi”, “Taxılçılıq regionlarında kiçik və orta həcmli taxıl anbarlarının yaradılmasının dəstəklənməsi”, “Yaşıl market”lər və “fermer mağazası” şəbəkələrinin yaradılmasının dəstəklənməsi” yarımbəndlərinin icrası ilə bağlı sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin qəbulunu elan edir:
- Aran, Gəncə-Qazax, Quba-Xaçmaz, Lənkəran və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə soyuducu anbar komplekslərinin yaradılması;
- Abşeron, Aran, Dağlıq Şirvan, Gəncə-Qazax, Quba-Xaçmaz, Lənkəran, Şəki-Zaqatala, Yuxarı Qarabağ iqtisadi rayonlarında “yaşıl market”lərin və “fermer mağaza”larının yaradılması;
- Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran və Dağlıq Şirvan iqtisadi rayonları üzrə taxıl anbarlarının yaradılması.
Sahibkarlar investisiya layihələrini müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığın İnkişafı Fonduna təqdim edə bilərlər.
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@edf.gov.az
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172